“Berlin Pub”da qətl törədən idmançı ilə bağlı QƏRAR VERİLDİ

Hazırda oxunan: “Berlin Pub”da qətl törədən idmançı ilə bağlı QƏRAR VERİLDİ

107241

Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən Orxan Şahbazov barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Orxan Şahbazovun barəsində olan cəzanın yüngülləşdirilməsi barədə verdiyi şikayət təmin olunmayıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvəsində saxlanılıb. 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan şahbazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, birinci instansiya məhkəməsində çıxış edən prokuror Orxan Şahbazovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, ötən ilin avqustun 30-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

Orxan Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Vüqar Mustafayev Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşı olub.

Qeyd edək ki, qətli törədən Orxan Şahbazov idmançı olub.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin