Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR

Hazırda oxunan: Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR

107226

Bakının Nəsimi rayonunda Vətən müharibəsinin iştirakçısını qətlə yetirməkdə ittiham olunan Bəxtiyar Qarayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.

İttihama görə, bu il avqustun 15-də gecə saat 01 radələrində paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranmış mübahisə zamanı əvvəldən tanımadığı Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirərək, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, "Kubinka" ərazisində parkda Bəxtiyar Qarayev bir qızın əlindən telefonu alıb və onu döyüb. Bunu görən Niyaməddin Muradov onların mübahisəsinə müdaxilə edib. O, Bəxtiyar Qarayevin qarşısını kəsib və qızı döyməsinə etiraz edib.

Niyaməddin Muradovun onların mübahisəsinə müdaxilə etməsi və qızı müdafiə etməsi Bəxtiyarı qəzəbləndirib. Bu səbəbdən Bəxtiyar özündə olan bıçaqla Niyaməddini vurub. 

Niyammədin Muradov hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Bəxtiyar Qarayevin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Xatırladaq ki, Niyammədin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısı olub. O, "Qubadlının azad olunmasına" görə medalı ilə təltif edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin