Bu həftə ölkəyə daha 500 000 doz peyvənd gətiriləcək.
Bu barədə Nazirlər Kabinetindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Sabahdan 65 yaşdan yuxarı 700 min insan qeydiyyatdan keçiriləcək - ÖZƏL
“2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq alınmış peyvəndlər mərhələlərlə qəbul olunacaq.
Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən vaksinasiya prosesinə başlanılıb. İlkin mərhələdə Azərbaycana 4 milyon vaksin gətirilib.
Ölkədə Çində istehsal edilən “CoronaVac” vaksini tətbiq edilir və pulsuz həyata keçirilir.
Alçina Amilqızı, Bizim.Media