Laçın haçandan kürd torpağı oldu, ay adamlar...

Hazırda oxunan: Laçın haçandan kürd torpağı oldu, ay adamlar...

107207
Azərbaycan tolerant ölkədir. Bu sözün əsl mənasında və hər baxımdan belədir. Amma bizim dözümlülüyümüzün də bir həddi və bi hüdudu var.

Dəfələrlə həm ölkə prezidenti İlham Əliyev və həm də ayrı-ayrı dövlət adamlarımız çıxışlarında da bəyan ediblər ki, Azərbaycandakı dini, milli dözümlülük, tolerantlıq birbaşa olaraq Azərbaycanın milli dövlətçilik maraqlarına xidmət edir. Yəni bu da o deməkdir ki, kimlərəsə yaradılan əlahiddə azadlıq Azərbaycanın dövlət maraqlarının hüdudlarını aşa bilməz. Elə qanunlarımız da bunu deyir, bunu müdafiə edir.

Amma bir para qüvvələr var ki, dəfələrlə Azərbaycanda məhz kənar qüvvələrin təsiri ilə süni təxribatlara əl atılır, Azərbaycanda süni şəkildə bölücülük salınır. Halbuki bu gün Azərbaycanda istənilən dini və milli azlıqlar, hətta cinsi azlıqlar belə məhz Azərbaycan dövlətinin qanunları ilə böyük azadlıqlara malikdirlər.

Bir daha vurğulayırıq ki, maləsəf, məhz kənar güclərin təsiri altında təxribatçılar hər zaman iş başında olublar və bu gün də Azərbaycan dövlətinə qarşı, Azərbaycanın havasını uda-uda, Azərbaycanda yaşaya-yaşaya bölücülük fəaliyyətlərindən qalmırlar.

Kimdir onlar?

Bu barədə cəmiyyət yetərincə məlumatlıdır. Məsələn, bu günə kimi Azərbaycanda aşkar şəkildə fəaliyyət göstərən PKK yandaşları var ki, onlara qarşı hansısa ölçü götürülməyib. Yalnız Qaraçuxurda məsciddə terror aktı törətdikdən sonra Bakıdakı bəzi PKK meyilli şəxslər həbs olundu. Yəni anlaşılanı odur ki, cəza yalnız konkret cinayət əməli törədiləndə baş verir.

Amma düşmən təbliğatını aparan "Dİplomat" kimi qəzetlər, ayrı-ayrı "facebook" istifadəçiləri isə belə cəzalardan kənarda qalırlar.xa0

Azərbaycanda

Hər halda "Diplomat" qəzetinin baş redaktoru Tahir Slüeymanın rahatlıqla İraq və Suriya kürdlərinin liderlərilə, hətta PKK və YPG kimi terrormu təşkilatlara aid simalarla fotolar çəkdirib yan-yana düzməsi, özünün nəşr etdiyi qəzetdə Azərbaycan və Türkiyə dövlətlərinə aid ərazilərdə uydurma "Kürdüstan dövləti" yaratması və hətta Azərbaycanın dövlət rəsmilərini bu Kürdüstanı dövlət kimi tanımağa çağırması zamanında ciddi siqnal olmalı idi.

Məsələn, Tahir Süleymanın hələ 2014-cü ilin 11 yanvar tarixində media qarşısında utanmadan etdiyi təklifi diqqətinizə çatdırırıq:

"Azərbaycana “Kürdüstan”x9dı tanımaq təklif olundu

"Diplomat"ın baş redaktoru Tahir Süleyman "Kürdüstanın rəhbəri" Məsud Bərzani ilə

“Diplomat”x9d qəzetinin Idarə Heyəti Media Mərkəzində dövlət başçısı Ilham Əliyevə müraciətlərilə bağlı mətbuat konfransı keçirib. Qəzetin təsisçisi Tahir Süleyman müraciətin mətnini açıqlayıb. Müraciət müəllifləri əsas məqsədləri kimi Iraqın şimalında, “Kürdüstan”x9d kimi tanıdılan ərazidə qurulan siyasi qurumun ərazisində Azərbaycan nümayəndəliyinin, Azərbaycanın isə Iraq və adı çəkilən bölgədə səfirlik və konsulluqlarının açılması olduğunu qeyd edirlər.xa0
Həm də müəlliflər bunu Azərbaycanın problemlərinin bu bölgədə təşviq olunması ilə əlaqələndirmək istəyirlər. Ermənistanın Iraqa və adı çəkilən bölgəyə münasibətdə bir sıra addımlar atdığını nəzərə çatdıraraq, rəsmi Bakını faktiki tələsməyə və Ermənistanı qabaqlamağa çağırırlar.xa0
Tədbirdə deyilib ki, rəsmi Bağdad Azərbaycanın Iraqda səfirlik açması ilə bağlı Azərbaycanın RF səfirliyinə dəfələrlə müraciət etsə də, qaneedici cavab almayıb.xa0
Bununla birgə, aydın deyil ki, niyə rəsmi Bağdadın funksiyalarını “Diplomat”x9d qəzeti öz üzərinə götürür?xa0
Türkiyədə kürd-türk qarşıdurması haqda danışan T.Süleyman bu qarşıdurmanı Avropa önündə güclü Türkiyə görmək istəməyənlərin, silah satmaqda maraqlı olanların layihəsi adlandırıb. Amma dəfələrlə sual verilməsinə baxmayaraq, T.Süleyman Iranda, Rusiyada, Suriyada kürdlərin problemlərinə toxunmayıb.xa0
T.Süleyman eyni zamanda PKK-nın yeri və roluna dair sualı da cavablandırmaqdan yayınıb. Beləliklə, bu qurumun niyə yaradılması, təyinatının nədən ibarət olması, bu qüvvədən Türkiyə əleyhinə hansı dövlətlərin istifadə etməsi məsələsinə də aydınlıq gətirilməyib.xa0
Bir sözlə, iki dövlət arasında həll edilməli olan bir məsələnin bir qəzetin Idarə Heyəti səviyyəsində mətbuata çıxarılması özü maraqdan çox sual və təəccüb doğurur.xa0
“Turan”x9dın bu xəbərinə onu əlavə edirik ki, “Diplomat”x9d adlı qəzet Iraq “Kürdüstan”x9dına Azərbaycanlı jurnalistlərin müntəzəm səfərini təşkil edir. Bu qəzeti Iraq “Kürdüstan”x9dının Azərbaycandakı nümayəndəliyi adlandıranlar da var".

Azərbaycanda

Elə "Turan" agentliyinin bu məluamtından da aydın olur ki, Tahir Süleyman Azərbaycanda geniş fəaliyyət göstərir. O qədər geniş fəaliyyət ki, hətta bu gün onun ayrı-ayrı cameələrdə belə tərəfdarları, fikirdaşları var ki, onlar da Azərbaycan torpaqlarını belə "Kürdüstan kimi qələmə verməkdən çəkinmirlər. Həmin şəxslərdən biri isə bir zamanlar Laçın rayon təhsil idarəsinə çalışnış Müqabil Baxışovdur. Bildirək ki, bu şəxs artıq rəsmi soyadını da "Kürdoğlu" imzası ilə dəyişərək ayrı-ayrı yerlərdə PKK-nı aşkar şəkildə təbliğ edən çıxışlarda bulunur.

Azərbaycanda

Xatırladaq ki, bir müddət əvvəl də bu adam yerli KİV-lərin diqətinə gəlmişdi. Həmin zaman isə Müqabil Baxışov Nizami Gəncəvini kürd şairi adlandırmaqla özünü gözə soxmağa çalışırdı.xa0

Qeyd edək ki, sosial şəbəkələrdə kifayət qədər aktiv olan Baxışov ayrı-ayrı mətbu orqanlara özünü zərərçəkən kimi təqdim edərək sakini olduğu Laçın rayonunun, habelə ayrı-ayrı dövlət qurumlarının rəhbərlərinin ünvanına da böhtanlar yağdırmaqla məşğuldur. Dəfələrlə onun əzabkeş birisi olduğunu güman edildiyindən Baxışovun məmurlar tərəfindən əzildiyini zənn edərək onun şikayətlərini işıqlandırılıb.

Amma indi aydın olur ki, bu adam əslində bir PKK yandaşı təfəkkürü ilə yaşadığı torpağın, dövlətin təəsübünü çəkmək əvəzinə onun kökünü baltalayan bir məfkurəyə qulluq etməkdədir.

Buna şübhəsi olanları isə Müqabil Baxışovunxa0"facebook"dakı səhifəsinəxa0göz salmağa dəvət edirik. Həmin səhifədəki bəzi fotoları isə diqqətinizə çatdırırıq:

Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda

Elə buradan aydın olur ki, işğal altında olan Laçın rayonunu "Kürdüstan" adlı bir təxəyyül məhsulunun bir parçası kimi görən bu şəxslər Azərbaycana nə qədər "sevgilə" yanaşırlar...(dia.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin