“2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanıb. Sabahdan etibarən 65 yaşdan yuxarı vətəndaşlar peyvəndləmə prosesinə cəlb olunmaları üçün qeydiyyatdan keçiriləcək.
Bu barədə Nazirlər Kabinetindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.
MÖVZU İLƏ BAĞLI:
62 mindən çox tibb personalı peyvəndlənib - ÖZƏL
Peyvəndləmə prosesi üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb.
65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.
Fevralın 8-dən başlayaraq isə bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq. Qeyd edək ki, ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.
Alçina Amilqızı, Bizim.Media