Azərbaycanda telefonların IMEI nömrəsinin dəyişdirilməsi və surətinin köçürülməsi qadağan edilir.
Bizim.Media xəbər verir ki, bununla bağlı "Telekommunikasiya haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, sellülar (mobil) xidmətlərdən istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı aparılmalıdır.
Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın IMEI nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə mobil operator tərəfindən IMEI nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (IMEI nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağan edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:13 / 30.11.2022
Telefonların IMEI nömrəsinin dəyişdirilməsi QADAĞAN EDİLİR
Hazırda oxunan: Telefonların IMEI nömrəsinin dəyişdirilməsi QADAĞAN EDİLİR
Hazırda oxunan: Telefonların IMEI nömrəsinin dəyişdirilməsi QADAĞAN EDİLİR
107115
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.