Malinin paytaxtı Bomako şəhərində iki silahlı şəxs “Radisson”x9d otelində 170 nəfəri girov götürüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Bomako otelinin daxil olduğu Rezidor otellər qrupunun mətbuat katibi bildirib.
“Onlar 140-ı qonaq, 30 otel əməkdaşını girov götürüblər. Beləliklə də otel blok edilib, otelə giriş və çıxış qadağan olunub”x9d, - otellər qrupunun mətbuat katibi bildirib.
Reuters-in məlumatına görə, silahlılar otelə “Allahu-Əkbər”x9d qışqıra-qışqıra daxil olublar.xa0
Daha öncə naməlum şəxslərin Malinin paytaxtının mərkəzində yerləşən Radisson Hotel Bomako otelinə hücum etdikləri bildirilmişdi.
Reuters agentliyinin məlumatına görə, hüquq-mühafizə orqanlarının qüvvələri oteli mühasirəyə alıblar. Hazırda otel binasında atışma gedir.

































































































