Keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli xüsusi ittiham qaydasında məhkəməyə verilib.
Bizim.Media xəbər verir ki, bu barədə report.az-a onun vəkili Bəhruz Bayramov bildirib.
O, qeyd edib ki, Leyla Arif adlı şəxs xüsusi ittiham qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib:
"Həmin şəxs şikayətində sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını qeyd edib. Müvəkkilim barəsində Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi başlanılıb".
Vəkil söyləyib ki, G.Hacıbəyli ölkədə olmadığına görə onun barəsində həbsli axtarış elan olunub. Xaricdən ölkəyə qayıdarkən Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və polisə təhvil verilib. Daha sonra müvəkkilim barəsində həbsli axtarışla bağlı qərar ləğv olunub".
B.Bayramov deyib ki, xüsusi ittiham qaydasında şikayət Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun icraatında verilib və proses dekabrın 8-nə təyin edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:49 / 30.11.2022
Gültəkin Hacıbəylidən şikayət edən şəxsin kimliyi məlum oldu
Hazırda oxunan: Gültəkin Hacıbəylidən şikayət edən şəxsin kimliyi məlum oldu
Hazırda oxunan: Gültəkin Hacıbəylidən şikayət edən şəxsin kimliyi məlum oldu
107066
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.