"WhatsApp” sosial platformasında yeni növ dələduzluq metodu yayılıb.
Kiberdələduzluq növündə qurbanlara onların ən yaxınlarının və tanışlarının "WhatsApp” hesablarından yazılır. Dələduz çox rahat və professional şəkildə yaxını kimi hal-əhval etdikdən sonra rola girir. Ehtiyac içində və ya yaxınının xəstə olduğunu bəhanə edərək, təcili qaytarmaq şərtilə borc pul istəyir, hesab kartının şəklini göndərir.
Qurban profil şəklindəki dostu ilə yazışdığını, hətta bank kartının ona məxsus olduğuna əmin olur və dostuna kömək etməyə can atır.
Bizim.Media-ya bununla bağlı dələduzluğun qurbanına çevrilən, adının çəkilməsini istəməyən Bakı sakini müraciət edib.
Dediyinə görə dələduz ondan 450 manat pul istəyib və kartını göndərib. Şəxs bu məsələdə hansısa fırıldağın olduğunu zənn edərək dərhal profildəki dostu ilə əlaqə yaradıb.
Bu an dələduz ona göndərdiyi bank kartının şəklini silərək, yazışmanı dayandırıb.
Məlum olub ki, dələduz öncə yazdığı profil sahibinin məlumatlarını və bank tətbiqini ələ keçirib.
Onu aldadaraq kart şəklini alır və adından ən yaxın adamlarına yazaraq, onlardan borc pul alır.
Ekspertlər bu hallardan sığortalanmaq üçün 3 məqama diqqət yetirilməsini vacib sayırlar.
Birinci, qohum və dostunuzun fotosu olan lakin başqa nömrədən gələn mesajlara cavab verilməməlidir, bank kartınızın fotoları 3-cü şəxslərə göndərilməməlidir. Telefona gələn 3DS təsdiqləmə kodları heç kimlə bölüşməməlidir.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:50 / 30.11.2022
“WhatsApp” da yeni DƏLƏDUZLUQ – Doğmalarınızın adından ALDANA BİLƏRSİNİZ
Hazırda oxunan: “WhatsApp” da yeni DƏLƏDUZLUQ – Doğmalarınızın adından ALDANA BİLƏRSİNİZ
Hazırda oxunan: “WhatsApp” da yeni DƏLƏDUZLUQ – Doğmalarınızın adından ALDANA BİLƏRSİNİZ
107064
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.