Bakıda dələduzluq etməkdə ittiham olunan və məhkəmənin hökmü ilə bəraət alan sabiq polis əməkdaşı Elvin Həşimlinin barəsində Baş Prokurorluq tərəfindən verilən protestə baxılıb.
Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara görə, Baş Prokurorluğun Elvin Həşimlinin barəsində ittihamedici hökmün çıxarılması barədə verdiyi protest təmin olunmayıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Həşimlinin barəsində olan ittiham sübuta yetirilməyib və ona bəraət verilib.
İstintaq orqanı tərəfindən Elvin Həşimlinin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilmişdi.
Elvin Həşimlinin barəsində şəriki Möhkəm Səmədovun şikayəti əsasında cinayət işi açılıb. Möhkəm Səmədov 2020-ci ilin əvvəlində onun barəsində şikayət edib. O, şikayətində qeyd edib ki, Elvin Həşimli onun etibarından sui-istifadə edərək 1 milyon 500 min dollar alıb və qaytarmayıb.
Elvin Həşimli isə bildirib ki, Möhkəm Səmədovdan borc pul alıb və bir müddət sonra pulu qaytarıb. Bu səbəbdən o, ittiham üzrə özünü təqsirli bilməyib.
Qeyd edək ki, Elvin Həşimli Xətai rayon Polis İdarəsinin əməkdaşı olub. O, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisinin oğludur.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:38 / 30.11.2022
Baş Prokurorluq sabiq polis işçisi ilə bağlı QƏRAR VERDİ
Hazırda oxunan: Baş Prokurorluq sabiq polis işçisi ilə bağlı QƏRAR VERDİ
Hazırda oxunan: Baş Prokurorluq sabiq polis işçisi ilə bağlı QƏRAR VERDİ
107040
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.