“Canlı Əfsanə”x9d kitabının təqdimatı keçirilib

Hazırda oxunan: “Canlı Əfsanə”x9d kitabının təqdimatı keçirilib

106962
Azərbaycan Xalça Muzeyində Türkmənistan Prezidentinin Azərbaycan dilinə tərcümə olunmuş “Canlı Əfsanə”x9d kitabının təqdimatı keçirilib.

19 noyabr 2015”“ci il tarixində Azərbaycan Xalça Muzeyində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun türkmən xalçalarına həsr olunmuş “Canlı Əfsanə”x9d kitabının təqdimatı keçirilib. Azərbaycan dilində təqdim olunan bu kitab Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyi və Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə nəşr edilib.

“Canlı Əfsanə”x9d kitabı türkmən xalçalarının gözəlliyini, mahiyyətini, yaradıcı dəyərlərini açıb göstərir. Azərbaycan Xalça Muzeyinin direktoru Röya xanım Tağıyeva qeyd etdiyi kimi, əsrlər boyu insanlar türkmən xalçalarını “sirlərdən toxunmuş gözəllik”x9d adlandırmışlar, çünki türkmən xalçalarının özünəməxsus təsvir dili vardır və bu dil qədim türk irsinin təsdiqidir. Xalça türklərin dünyanı ilmələrlə, naxışlarla, rənglərin və obrazların dili ilə ifadəetmə vasitəsidir. Bir türkmən məsəlində deyilir: “Xalçanı sər və mən sənə ürəyində olanı deyim”x9d.

2014- cü ildə Aşqabadda bu kitabın Azərbaycan dilində ilk təqdimatı keçirilmişdir. Təqdimatda azərbaycanlı rəssamlar və Azərbaycan Xalça Muzeyinin nümayəndələri iştirak etmişdi.

Qeyd edək ki, kitabın təqdimatı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, “Türkmənxalı”x9d Dövlət Birliyinin, Azərbaycan Xalça Muzeyinin və Türkmənistanın Azərbaycandaki səfirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətindən verilən məlumata görə, təqdimat mərasimini Mədəniyyət və Turizm nazirinin müavini Sevda xanım Məmmədəliyeva açdı. O, çıxışı zamanı Türkmənistan Prezidentinin xalqının adət-ənənələrini qoruyub saxlamaq istəyini dəyərləndirib, xalçaçılığın həm Türkmənistan, həm də Azərbaycan mədəniyyətinin əhəmiyyətli bir hissəsi olduğunu qeyd edib.

Təqdimatda eyni zamanda "Türkmənxalı" İctimai Birliyinin sədri Oqulhajat İşankuliyeva, Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov, Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin direktoru Gülcahan Suvxanova, eləcə də "Azərxalça"nın direktoru Əlisəfa Nuriyev çıxış edərək, kitab və xalqlarımız arasındakı mədəni əlaqələrdən danışıblar.

Təqdimat mərasiminin sonunda proqramın mədəniyyət bölümü nümayiş etdirilib, Türkmən və Azərbaycan musiqisindən ibarət konsert proqramı təqdim olunub.

Qeyd edək ki, “Canlı Əfsanə”x9d kitabı 400 səhifədən ibarətdir və 2011-ci ildə nəşr edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin