16 yaşlı Turalın ölümündən istifadə edən dələduzlar pul yığır – DİN-dən REAKSİYA

Hazırda oxunan: 16 yaşlı Turalın ölümündən istifadə edən dələduzlar pul yığır – DİN-dən REAKSİYA

106924

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakıda, Şağan Olimpiya Kompleksində 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Hadisə ilə bağlı görüntülər cəmiyyətdə ciddi etirazlara və qəzəbə səbəb olub.

Bizim.Media xəbər verir ki, bu mövzu dələduzlara da yaşıl işıq yandırıb.

Belə ki, bir qrup dələduz hadisədən təsirlənən sosial şəbəkə istifadəçilərinə mərhum Tural Rüstəmovun bacısının adı ilə yazaraq onlardan maddi yardımlar istəyib.

Onlar Turalın ailəsinin imkanı olmadığını və bunun üçün yardımlar topladıqlarını bildirirlər. 

DİN-in Mətbuat Xidməti redaksiyamıza mövzu ilə bağlı açıqlama verib. Bildirilib ki, sosial şəbəkədə yayılan informasiya araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin