Baş nazir Əli Əsədov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamının icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, bu məqsədlə komissiya yaradılıb.
MÖVZU İLƏ BAĞLI:
Yeni komissiya yaradıldı - Baş nazirdən Sərəncam
Komissiyanın tərkibi aşağıdakı kimidir:
Komissiyanın sədri
Azərbaycan Respublikasının Baş naziri
Komissiya sədrinin müavini
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Komissiyanın üzvləri:
Maliyyə naziri
Əmək və əhalinin sosial müdafiəsi naziri
Energetika naziri
Kənd təsərrüfatı naziri
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Ekologiya və təbii sərvətlər naziri
Ədliyyə naziri
Təhsil naziri
Səhiyyə naziri
Gənclər və idman naziri
Mədəniyyət naziri
Nazirlər Kabineti Aparatının rəhbəri
Mərkəzi Bankın sədri
Dövlət Neft Fondunun icraçı direktoru
Dövlət Gömrük Komitəsinin sədri
Dövlət Statistika Komitəsinin sədri
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri
Dövlət Turizm Agentliyinin sədri
Baş nazirin köməkçisi.
Müəyyən edilib ki, komissiya “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirir.
İqtisadiyyat Nazirliyi strategiyanın layihəsini komissiyada təmsil olunan və digər aidiyyəti qurumlarla birlikdə 7 ay müddətində hazırlayıb komissiyaya təqdim olunmasını təmin etməlidir.
15 gün müddətində aşağıdakılar barədə təkliflərini hazırlayıb komissiyaya təqdim etməlidir:
Strategiyanın hazırlanması üçün komissiyada təmsil olunan qurumların nümayəndələrindən ibarət alt işçi qrupların formalaşdırılması;
Qəbul ediləcək dövlət proqramlarının, digər sənəd və tədbirlərin ümumi siyahısı.
Strategiyanın hazırlanması prosesinə qabaqcıl beynəlxalq təşkilat və ixtisaslaşmış məsləhətçi şirkətlərin, aidiyyəti dövlət orqanlarının (qurumların), elmi təşkilatların, mütəxəssis və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması və səmərəli əməkdaşlığın həyata keçirilməsini təmin etməlidir.
Görülən işlərə dair rübdə bir dəfədən az olmayaraq komissiyanın sədrinə hesabat təqdim etməlidir.
Bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadi Şurasının Katibliyinə tapşırılır ki, Strategiyadan irəli gələn məsələlərin İqtisadi Şurada mərhələlərlə müzakirə olunması üçün iş planında nəzərə alsın və Şuranın fəaliyyəti ilə əlaqələndirilməsi istiqamətində zəruri işlər görsün.
Komissiyada təmsil olunan və digər aidiyyəti dövlət orqanları (qurumları) bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə lazımi məlumatların təqdim olunması və Strategiyanın aidiyyəti bölmələrinin hazırlanmasının təmin edilməsi üçün müvafiq tədbirlər görməlidirlər.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Bizim.Media