“Ermənilər bizi izləyirdi...”x9d - Anar Ələkbərov

Hazırda oxunan: “Ermənilər bizi izləyirdi...”x9d - Anar Ələkbərov

106909
Heydər Əliyev Mərkəzində “Milan Expo 2015”x9d Ümumdünya sərgisində Azərbaycanın iştirakının yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

Moderator.az-ın məlumatına görə, konfransı açıq elan edən Heydər Əliyev Mərkəzinin direktoru, “Milan Expo 2015”x9ddə Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar Ələkbərov bildirib ki, “Milan Expo”x9d Azərbaycan üçün ən uğurlu layihələrdən biri olub:

“Pavilyonun hazırlanmasına 2013-cü ildə başlanılıb. Layihənin hazırlanmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük dəstəyi olub. 19 ay ərzində 300-ə yaxın komanda üzvü layihənin hazırlanmasında çalışıb və 6 ay ərzində pavilyon Milanda fəaliyyət göstərib. “Milan Expo-2015”x9ddə Milli pavilyonumuzun təməli 2014-cü ilin iyulunda qoyulub. 2014-cü ilin dekabrın 1-də biz Milanda layihənin təqdimatını keçirdik. Mehriban xanımın tapşırığına əsasən qərar qəbul olunmuşdu ki, pavilyon 6 ay ərzində hazırlanıb təqdim olunsun və daha sonra sökülərək Azərbaycana köçürülsün. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişləri və tapşırıqları nəticəsində işlər tez bir vaxtda başa çatdırıldı. Düşünürəm ki, bizim işimiz uğurlu alınıb”x9d.

A. Ələkbərov sözlərinə onu da əlavə edib ki, İtaliya hökuməti və mətbuatı Azərbaycan pavilyonuna “Milanın incisi”x9d adını verib:

“Ermənistan da bu layihədə iştirak etməyə çalışırdı, onlar bizi yaxından izləyirdilər. Onlar bizim layihəni, işimizi gördükdən sonra 2015-ci ilin əvvəlində sərgidə iştirakdan imtina etdilər”x9d.

Mərkəzin direktoru qeyd edib ki, pavilyonumuza maraq böyük olub:

“3 milyon 250 min nəfər Azərbaycanın pavilyonunu izləyib. Pavilyon 4 mərtəbədən ibarət idi. “Səslər simfoniyası”x9d adlanan birinci mərtəbədə Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası, ikinci mərtəbədə (“Rənglər simfoniyası”x9d) iqlimi, landşaftı və bioloji müxtəlifliyi barədə məlumatlar, üçüncü mərtəbədə (“Dadlar simfoniyası”x9d) isə milli mətbəxi və orqanik təbii qida məhsulları və nümunələri ziyarətçilərə təqdim olunurdu. Pavilyonun dördüncü mərtəbəsi-terras restoran və açıq havada proqram üçün fəaliyyət göstərirdi”x9d.

A. Ələkbərov pavilyonun Azərbaycana gətiriləcəyini də vurğulayıb:

“Biz pavilyonumuzu Azərbayana gətirəcəyik. Onu Azərbaycanın ən gözəl güşələrindən birində yerləşdirmək istəyirik. Bunun üçün də Nazirlər Kabinetinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Pavilyonun Bakı Bulvarında quraşdırılmasını istəyirik. Hazırda isə pavilyonun qardan, yağışdan qorunması üçün işlər aparılır”x9d.

Daha sonra “Milan Expo 2015”x9ddə Azərbaycan pavilyonu ilə bağlı video-çarx nümayiş edilib.

Bildirilib ki, Azərbaycan pavilyonuna Expo çərçivəsində maraq yüksək olub. Pavilyonda 6 ay ərzində səhər saat 10-dan axşam saat 23-00-a qədər ziyarətçilər qonaq olub. Qonaqlar musiqimizin sədaları altında pavilyonu izləyib, onlara süvenirlər, milli yeməklərimiz təqdim edilib. “Planeti qidalandırmaq, həyat üçün enerji" adlı nümayişdə Azərbaycan ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edən xüsusi pavilyonla iştirak edib”x9d.

Qeyd olunub ki, Azərbaycan pavilyonu Milan Expo çərçivəsində 3 mükafat, o cümlədən Azərbaycanın “Milan Expo 2015”x9d Ümumdünya sərgisindəki milli pavilyonu İtalyanın Ətraf Mühit və Dəniz Ehtiyatlarının Mühafizəsi Nazirliyinin “Davamlı Ekspoya doğru”x9d proqramı çərçivəsində “Dizayn və materiallar”x9d nominasiyası üzrə ən uğurlu ekoloji layihə kimi mükafatla təltif olunub.


Milli pavilyonun arxitektoru Ricardo Cigolotti Azərbaycan pavilyonu ilə bağlı fikirlərini bölüşüb:
“Azərbaycan pavilyonu 6 ay ərzində maraqla izlənildi. Biz pavilyonu hazırlayarkən bilirdik ki, daha sonra sökülərək Azərbaycana gətiriləcək. Binanın dəmir konstruksiyası qaynaq olunmayıb. Boltlarla bərkidilib. Buna görə də onları asanlıqla açmaq və bağlamaq olur. Layihənin vaxtında hazırlanması vacib məsələ idi, biz işimizi müvəffəqiyyətlə başa vurduq. Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə bu böyük əməkdaşlığa görə təşəkkürümü bildirirəm”x9d.

Sonra jurnalistlərin sualları cavablandırırlıb.

Qeyd edək ki, Ümumdünya Expo 5 ildən bir keçirilir. Ölkəmiz Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ilk dəfə olaraq milli pavilyon şəklində iştirak edib. 145 ölkənin qatıldığı sərgidə 54 milli pavilyon yer alıb.
“Biomüxtəliflik xəzinəsi”x9d adlanan pavilyonumuz dörd mərtəbədən, 2000 kvadratmetrədək ərazidən ibarət olub. Pavilyonun tikintisi zamanı 18 km qaynaq işləri, 15 ton dəmir istifadə edilib. Bundan əlavə, 680 şüşə panel də istifadə olunub.

Pavilyonda qurulan 3 biosfera ətraf mühiti və qədim mədəniyyəti daim harmoniyada olan Azərbaycanı təcəssüm etdirir. Pavliyonu əhatə edən taxta divarlar bu diyara xas olan küləyin və həmişə burada dövr edən mədəni və yaradıcı axının rəmzidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin