Alimenti ödəməyənlərin REYESTRİ yaradılacaq - Parlamentdən yeni CƏZA NÖVÜ 

Hazırda oxunan: Alimenti ödəməyənlərin REYESTRİ yaradılacaq - Parlamentdən yeni CƏZA NÖVÜ 

106908

“Alimentin alınması işləri ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar son 20 ildə 48,9 dəfə artım olub. Bir çox ailələr aliment ödəmək problemi ilə üzləşirlər. Borclu tərəf müxtəlif bəhanələrlə ödənişdən yayınır. Bəzən isə borclunun özü alimentin ödənilməsini valideyn borcunun bir hissəsi kimi qəbul etmir, məhkəmə qərarının icrasına hər cür müdaxilə edir”. 

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsini sədri Hicran Hüseynova Aliment Fondunun yaradılması məsələsinə münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə alimentlərin yığılması üçün mövcud alətlər kifayət deyil.
 

MÖVZU İLƏ BAĞLI:

ALİMENT FONDUNUN yaradılması məsələsinə nə vaxt baxılacaq? – Deputat vaxtı AÇIQLADI


Burada əsas məsələ uşaqlara layiqli həyat yaşatmaq, onların hüquqlarını qorumaq və eyni zamanda borclunun məsuliyyətini stimullaşdıracaq bir sistem yaratmaqdır: 

“Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən keçirilən ictimai dinləmələrdə və dövlət büdcəsinin müzakirələri zamanı bununla bağlı təkliflər vermişik. Artıq müvafiq dövlət qurumları tərəfindən də lazımı tədbirlər görülür.

Bununla bağlı, beynəlxalq təcrübə var və bir çox ölkələrdə, məsələn, İspaniya, İsveç, Latviya, Estoniyada Aliment Fondu yaradılıb. Rusiya və Qazaxıstanda isə yaradılması üçün müzakirələr aparılır. Aliment fondu pensiya fondu kimi təşkil oluna bilər.

Fond alimentin vaxtında və tam ödənilməsinə zəmanət verir və vergi orqanları aliment idarəçisindən bu fonda gəliri tutmaq hüququ və öhdəliyi alır, fondun xərcləri gəlirləri üstələdikdə, dövlət büdcəsi kəsiri maliyyələşdirməli olacaq. Aliment fondunun formalaşma mənbəyi dövlət büdcəsindən əlavə alimentin ödənilməsi vaxtı keçmiş günlərə görə ödəməyən şəxslərdən alınan cərimələr ola bilər”.

Hicran Hüseynova parlamentdə aliment ödəməkdən yayınan şəxslərin reyestrinin yaradılması təklifinin irəli sürüldüyünü də vurğulayıb:

“Borclunun belə bir reyestrə daxil edilməsi o demək olacaq ki, davamlı borcunu yerinə yetirməyən şəxsə qarşı gücləndirilmiş tədbirlər görüləcək.  Bu büdcənin yükünü azaldacaq və əlavə gəlir əldə etməsinə səbəb olacaq.
Aliment Fondu ancaq problemli alimentləri əhatə edəcək və bu təsisat işlək mexanizmdir. Əlbəttə ki, bu sahədə qanunvericilikdə də bəzi əlavələrin edilməsinə ehtiyac yaranır. Aliment Fondunun yaradılması həm uşaqları müdafiə edəcək, həm də dövlətin bu sahədə iqtisadi yükünü azaldacaq”, - deyə deputat əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin