İstedadlı uşaqların bağçada nümayiş olunan əl işləri və rəsmlərinə də tamaşa edilib. Tədbirin təşkilində məqsəd uşaqların payız fəsli haqqında biliklərini zənginləşdirmək olub.
Tədbirdə bağçanın müdiri Aidə Səfərəliyeva giriş sözlə çıxış edərək qonaqları salamlayıb. Bildirib ki, hər fəslin özünəməxsus gözəlliyi var. Lakin payız fəsli Nizami yurdu Gəncədə öz gözəlliyi ilə daha da seçilir.
Şənlikdə bağçanın müxtəlif yaş qruplarından olan uşaqların ifasında payız fəsili haqqında mahnı, rəqs və səhnəciklərdən ibarət nömrələrlər nümayiş olunub.










































































































