Azərbaycanın xalq artisti Hollivid aktyoruna məktub yolladı

Hazırda oxunan: Azərbaycanın xalq artisti Hollivid aktyoruna məktub yolladı

106883

Bir müddət bundan öncə Azərbaycanın xalq artisti, rejissor Əbdül Mahmudovun məşhur Hollivud aktyoru Corc Klunini beynəlxalq məhkəməyə verəcəyi barəsində xəbər vermişdik.  Modern.az saytı vasitəsinlə mediaya müraciət edən rejissor erməni təxribatının fiqur kimi istifadə etdiyi məşhur aktyorun susdurulmasını istəyib:

“Bu yolda mənə sizin  və bütün medianın dəstək olmasını istəyirəm. Məşhur amerikan aktyor Corc Kulini qondarma “erməni soyqırımı”x9d ilə bağlı ABŞ Senatına etiraz edib. Senata bildirib ki, “siz türk ölkələri ilə biznes maraqlarına görə bu “soyqırımı”x9dnı qəbul etməmisiniz”x9d. Yəqin ki, sizin də xəbəriniz var: ABŞ Senatı qondarma “erməni soyqırımı”x9d ilə bağlı məsələni oxunuşa çıxarmadı. Həmin aktyor da buna etiraz edib. Görünür burada erməni lobbisinin və diaspor təşkilatlarının əli var. Çünki onların diasporları bizdən fərqli olaraq yaxşı işləyir”x9d.



Saytla yenidən əlaqə saxlayan xalq artisti artıq Corc Kluniyə ünvanladığı  müraciət məktubunun haz;r olduğunu bildirib:

“O, ermənilərin tərəfini saxlamaqla məşğuldur. Mən bir çox qurumlara müraciət etdim. Sonda qərara gəldim ki, özüm ona cavab müraciəti yazım. Artıq müraciət məktubum hazırdır. Mən onu Kluniyə yollayacağam. O bu əməllərindən əl çəkməsə Beynəlxalq Haaqa Məhkəməsinə verəcəyəm”x9d.

Qeyd edək ki, məşhur aktyor-rejissor Corc Kluni bir müddət öncə qondarma “erməni soyqırımı”x9dnı dəstəklədiyini bildirib və ABŞ Senatını bunu oxunuşa çıxarmamaqda  tənqid edib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin