Kapital Bank İqtisad Universitetinin tələbələri üçün infotur keçirib

Hazırda oxunan: Kapital Bank İqtisad Universitetinin tələbələri üçün infotur keçirib

106880
Kapital Bankın İnsan Kapitalı Mərkəzi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin “SABAH”x9d qruplarında təhsil alan 20 tələbə üçün infotur təşkil edilib.İnfoturun əsas məqsədi tələbələri Bankın iş prinsipi ilə tanış etmək, onlara gələcək karyera seçimində istiqamət vermək və bank sektorunda çalışmağın üstünlüklərini açıqlamaqdır.

Məlumatlandırıcı sessiyada Kapital Bankın İnsan Resurslarının idarə edilməsi departamentinin əməkdaşları Elçin Nəsibov, Sabir Mustafayev, Pərakəndə Bankçılıq departamentinin Satışlara dəstək şöbəsinin rəisi Fərid Həsənov müxtəlif təqdimatlarla çıxış edərək, tələbələrə Bankın fəaliyyəti, risklərin idarə olunması, kredit və depozit əməliyyatları, həmçinin, ümumi bankçılıq haqqında müfəssəl məlumat veriblər. Məruzədən sonra bankın əməkdaşları tələbələri maraqlandıran məqamlara da aydınlıq gətirib.

Daha sonra kompüter qarşısında əyləşən tələbələrə “FLEX CUBE”x9d bank əməliyyat sistemində müştərilərə cari hesabların açılması prosesi və qaydaları əyani şəkildə nümayiş olunub.

Sonda çay süfrəsi ətrafında Kapital Bankın İnsan Resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova Banka işə qəbul prosedurları, təcrübə proqramları, karyera seçimi, və digər məsələlərlə bağlı tələbələrin çoxsaylı suallarını cavablandırıb. F. Məmmədova bildirib ki, gələcəkdə bankın korporativ sosial məsuliyyətli layihələri çərçivəsində müxtəlif təhsil yönümlü proqramların təşkili nəzərdə tutulub. Həmin proqramlar ali iqtisadi təhsil alan tələbələr üçün Kapital Bankda təcrübə keçmək imkanı qazandıracaq. İnfoturun sonunda Bankın əməkdaşları tələbələrə hədiyyələr təqdim edib və xatirə şəkli çəkdiriblər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Kapital Bankın müştəriləri kredit ödənişlərini “e-pul.az”x9d, “kassam.az”x9d, “hesab.az”x9d portalları ilə yanaşı “eManat”x9d və “MilliÖn”x9d terminallarında, habelə Kapital Bankın filiallarında və pay.kapitalbank.az saytında həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Kapital Bank İqtisad Universitetinin tələbələri üçün infotur keçirib
 Kapital Bank İqtisad Universitetinin tələbələri üçün infotur keçirib
 Kapital Bank İqtisad Universitetinin tələbələri üçün infotur keçirib
 Kapital Bank İqtisad Universitetinin tələbələri üçün infotur keçirib
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin