Qanunsuz balıq ovlayanlar saxlanıldı

Hazırda oxunan: Qanunsuz balıq ovlayanlar saxlanıldı

106868

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri, Xaçmaz, Neftçala, Lənkəran rayonları akvatoriyasında, Kür çayında və Ağstafaçay su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bizim.Media xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Marat Zakirov, Tural Tağıyev, Əbülfət Musayev, Şabran şəhər sakini Zaur Mövsümov, Xaçmaz rayon sakinləri Ramin Yarıyev, Elçin Əliyev, Neftçala rayon sakinləri Qılman Əsgərov, Faiq Hüseynov, Orxan Süleymanov, Vüsal Mehtiyev, Üzeyir Cabbarov, İdrak Əhmədov, Vüqar Babayev, Yevlax rayon sakini Asif Bağırov, Qazax rayon sakinləri Mehman Yusifov, İntiqam Hüseynov, Lənkəran rayon sakinləri Dmitriy İvanuşin, Baba Abbasov və Habil Məmmədov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Kür çayının Neftçala, Salyan, Araz çayının və Baş Mil-Muğan Kollektorunun İmişli, Saatlı, Sabirabad rayonlarının ərazilərindən keçən hissəsindən ümumilikdə 1075 metr uzunluğunda sintetik tor yığışdırılıb:
“Ayrı-ayrı inzibati rayonların ərazilərində keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən Sabirabad rayon sakini Xəyal Niftiyev, Tovuz şəhər sakini Novruz İsmayılov, Şəmkir rayon sakinləri Mahir Məmmədov, Daşqın Bayramov, Rabil Qasımov, Cəbrayıl rayon sakinləri Söhrab Babakişiyev və Azər Allahverdiyev saxlanılıb.

Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin