Sahibkarlara ŞAD XƏBƏR: Fəaliyyətlərinə verilən icazələr ARTIRILIR

Hazırda oxunan: Sahibkarlara ŞAD XƏBƏR: Fəaliyyətlərinə verilən icazələr ARTIRILIR

106777

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir. 

Bizim.Media xəbər verir ki, bu, “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.  

“Qida təhlükəsizliyi haqqında” qanuna əsasən qida obyektləri 30 iş günü müddətində qiymətləndirilməklə “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq təsdiq olunur və ya təsdiqdən imtina edilir. 

Həmçinin, qida və yem məhsullarının idxalı və ixracı zamanı müvafiq olaraq idxal sağlamlıq aktının və sağlamlıq sertifikatının verilməsi nəzərdə tutulub. 

Qeyd olunan prosedurun (qida obyektlərinin qeydiyyatı) təsbit olunması və həmin icazələrin sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına daxil edilməsi məqsədilə “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik təklif olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin