Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri Bakıya gəlib

Hazırda oxunan: Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri Bakıya gəlib

106748

Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri Azərbaycana gəlib. 

Bizim.Media report.az-a istinadən xəbər verir ki, səfər Ümid Partiyasının dəvəti ilə həyata keçirilir.

Təşkilat Komitəsinin üzvləri noyabrın 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Nümayəndə heyəti həmçinin, 1945-1946-cı illərdə Güney Azərbaycanda mövcud olmuş milli hökumətin lideri Seyid Cəfər Pişəvərinin məzarını, Şəhidlər xiyabanını və “Türk Şəhidliyi” abidəsini ziyarət edib.

Səfər çərçivəsində Təşkilat Komitəsinin növbəti iclasının keçirilməsi, Ümid Partiyası və Azərbaycanda fəaliyyət göstərən digər siyasi partiyalarla, qeyri-hökumət təşkilatları və media nümayəndələri ilə görüşlər nəzərdə tutulub.
Səfər noyabrın 30-na kimi davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin