Sahibkarları cərimələməyin yeni üsulu ”“ Müəssisəyə girmədən”¦

Hazırda oxunan: Sahibkarları cərimələməyin yeni üsulu ”“ Müəssisəyə girmədən”¦

106741
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturları və xidmətləri istehsal müəssisələrinə girmədən yoxlama aparmağa başlayıb.

Moderator.az-ın məlumatına görə, bunu, Caspian European Club-un təşkil etdiyi biznes forumdan öncə jurnalistlərə Komitənin sədri Ramiz Həsənov deyib.

O deyib ki, Komitənin yoxlama aparan strukturları müəssisələrə girmədən, kənardan monitorinq həyata keçirirlər:
“Bizim dövlət nəzarəti xidmətinə müvafiq tapşırıq verilibdir. Bazarda monitorinq aparırıq. Müəssisəyə getmədən, müəssisənin məhsulunu bazardan alırıq, laboratoriyada analizlərini aparırıq. Problem çıxdıqda istehsalçı müəssisəyə tələbnamələr göndəririk. Gedib yoxlamadan. İdxal məhsuludursa, keyfiyyətsiz məhsulun idxalının dayandırılması barədə Gömrük Komitəsinə məktub yazırıq. Əgər istehsalçı yerli müəssisədirsə həmin müəssisəyə məktub yazıb çatışmazlığı 1 ay ərzində düzəltməyi tələb edirik. Əks təqdirdə cərimə sanksiyaları tətbiq edirik. Yəni, müəssisənin özünə girmirik, kənardan monitorinq həyata keçiririk”x9d.

Ramiz Həsənov qeyd edib ki, cənab Prezidentin Sərəncamından sonra planlı yoxlamaların hamısı dayandırılıb:
“Hazırda yoxlamaların mexanizmi üzərində işləyirik, hazır olduqda hökumətə təqdim edəcəyik. Hər bir sivil ölkədə nəzarətin qaydaları var, bu bizdə də olmalıdır. Çox, təəssüflər olsun ki, indiyədək bizdə başqa bir formada nəzarət həyata keçirilirdi.
Mən planlı yoxlamaların əleyhinəyəm. Müəssisəyə getməyə ehtiyac yoxdur. Dediyim ki, bazar ilə vəziyyəti müəyyən etmək lazımdır, məhsul keyfiyyətlidir, yoxsa deyil”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin