Həbs olunan Naxçıvanın maliyyə naziri ilə bağlı YENİ MƏLUMATLAR 

Hazırda oxunan: Həbs olunan Naxçıvanın maliyyə naziri ilə bağlı YENİ MƏLUMATLAR 

106645

Xəbər verdiyimiz kimi, Naxçıvanın maliyyə naziri Rafael Əliyev həbs olunub.

Bizim.Media xəbər verir ki, R.Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Gömrük Komitəsində həyata keçirdiyi əməliyyatlarda həbs olunub. 

Həbs Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə başlanmış işin gedişi üzrə icra edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda maliyyə naziri həbs edildi – İSTİNTAQ APARILIR 


Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. R.Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Qeyd edək ki, DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib. Bir neçə rəhbər vəzifəli şəxs həbs olunub.

Aparılan cinayət işi üzrə Naxçıvan Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu həbs edilib. Həmin vəzifəni 2020-ci ilin avqust ayınadək Rafael Rza oğlu Əliyev tutub.

R.Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun sərəncamı ilə Muxtar Respublikanın Maliyyə naziri təyin edilib.

M.Əsgərov isə Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsinə gətirilib.

İstintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin