Azərbaycan alimləri növbəti beynəlxalq uğura imza atıb – FOTO

Hazırda oxunan: Azərbaycan alimləri növbəti beynəlxalq uğura imza atıb – FOTO

106630

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin alimləri ilk dəfə Saturnia pyri vəhşi ipəkqurdunun ipəkçilikdə istifadəsi perspektivlərini müəyyən ediblər.

Bu barədə Bizim.Media-nın yerli bürosuna AMEA-nın Regional Elmi Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü məlumat verib.

Belə ki, Regional Elmi Mərkəzin direktoru Yusif Şükürlü və “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin elmi işçisi Zərintac Şükürovanın həmmüəllifi olduqları “Vəhşi ipəkqurdu Saturnia Pyri” (“Non-mulberry silkworm Saturnia Pyri (Denis & Schiffermüller, 1775) and a new perspective source of biomaterials” və  “Biomateriallar üçün yeni perspektiv mənbəyi”  (Denis & Schiffermüller, 1775) adlı məqalə “International Journal of Tropical Insect Science” jurnalının cari il üzrə 3-cü sayında işıq üzü görüb.

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü Bizim.Media-ya bildirib ki, elmi məqalə innovativ xarakter daşıyır və dünyada ilk dəfə olaraq, Saturnia pyri vəhşi ipəkqurdunun ipəkçilikdə istifadəsi perspektivlərini təqdim edir. Bu ipəkqurdundan əldə edilən ipəyin təbii biomaterial kimi müxtəlif  biotibbi tətbiqlərdə mümkünlüyünü proqnozlaşdırır.

Qeyd edək ki, jurnal “Web of Science”in “Science Citation Index Expanded”-də indekslənir və Q3 kateqoriyalı jurnal kimi qiymətləndirilir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin