Şəkidə hərəkətdə olan avtomobil qaz xəttinə çırpılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Baş Göynük kəndi ərazisində qeydə alınıb.
Belə ki, İzzət Həsənovun idarə etdiyi "Chevrolet" markalı avtomobildə yaranan nasazlıq səbəbindən idarəetmədən çıxaraq yol kənarından keçən qaz borusuna, daha sonra divara çırpılıb. Nəticədə qaz xətti zədələnib.
Avtomobildə olan sərnişin, sürucünün həyat yoldaşı 31 yaşlı Aynurə Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şəki rayon mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, zədələnən qaz xətti nəticəsində ətraf ərazidə olan bir neçə evə təbii qazın verilişi dayandırılıb. Hazırda qaz xəttinin bərpası istiqamətində işlər aparılır.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
![](https://a.bizim.media/file/articles/2022/11/27/1669545025_2-2.jpg)
- A-
- A
- A+
Cəmiyyət
14:26 / 27.11.2022
Şəkidə avtomobil qaz xəttinə çırpıldı - XƏSARƏT ALAN VAR
Hazırda oxunan: Şəkidə avtomobil qaz xəttinə çırpıldı - XƏSARƏT ALAN VAR
Hazırda oxunan: Şəkidə avtomobil qaz xəttinə çırpıldı - XƏSARƏT ALAN VAR
106570
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.