İran saxlanılan futbolçunu və dissidenti sərbəst buraxdı - FOTO

Hazırda oxunan: İran saxlanılan futbolçunu və dissidenti sərbəst buraxdı - FOTO

106568

İran hakimiyyəti ölkədə etiraz aksiyaları zamanı saxlanılan keçmiş futbolçu Vuriy Qafurini və tanınmış dissident Hüseyn Ronaqini girov müqabilində sərbəst buraxıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı AFP agentliyi yayıb.

Qeyd olunur ki, İran yığması Qətərdə keçirilən dünya çempionatında çıxış etdiyi üçün Qafurinin həbsi hiddətə səbəb olub.
Ronaqi isə sentyabrın ortalarında etirazlar başlayandan az sonra saxlanılıb. O, iki aylıq aclıq aksiyasına başlayıb.

“Azadlıq” radiosu bir neçə gün əvvəl Qafurinin İranda həbsi ilə bağlı xəbər yayıb. O, “dövlət əleyhinə təbliğat”da ittiham olunur. Qafuri açıq şəkildə İranın demokratikləşməsini, qadınların hüquqlarını müdafiə edir və etirazçılara dəstək verir. O, İranın ən məşhur idmançılarından biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin