Artıq bir neçə gündür ki, Şəki rayon mərkəzi xəstəxanasında bu rayonla yanaşı Şimal-Qərb bölgəsinə daxil olan rayonlarda yaşayan şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiyaya start verilib.
Bizim.Media-nın yerli bürosu məlumat verir ki, humanitar aksiya Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları tərəfindən həyata keçirilir.
Bu müddətdə həssas qrupdan olan 110 vətəndaşa tibbi xidmət göstərilib.
Pasiyentlər kardioloji, endokrinoloji və nevroloji müayinələrə cəlb olunub. Daha sonra həkimlər tərəfindən qəbul olunaraq müayinə olunublar. Xəstəliyi aşkar edilənlərə müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:57 / 27.11.2022
Şəhid ailələrinin üzvləri üçün tibbi aksiyaya start verildi - FOTO
Hazırda oxunan: Şəhid ailələrinin üzvləri üçün tibbi aksiyaya start verildi - FOTO
Hazırda oxunan: Şəhid ailələrinin üzvləri üçün tibbi aksiyaya start verildi - FOTO
106547
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.