Sumqayıt şəhərinin "Xəzər bağları" yaşayış massivinin Həmrəylik küçəsinin yolları bərbad vəziyyətdədir. Sakinlər deyirlər ki, yayda toz-dumandan, qışda isə palçıqdan bu yollar keçilməz halda olur.
Bizim.Media xəbər verir ki, yolların bərbad vəziyyətdə olması sakinlərin həyatını çətinləşdirib.
Bu küçənin sakinləri illərdir yol sarıdan çətinlik çəkirlər. Onların sözlərinə görə, Sumqayıt şəhərin küçələrinin asfaltlanması layihəsi əsasında işlərə başlanılsa da, abadlıq işləri bunlara şamil edilməyib. Həmrəylik küçəsi aidiyyəti qurumlar tərəfindən unudulub.
Sakinlər deyirlər ki, yağışlı havalarda ərazi keçilməz olur. Onlar iddia edirlər ki, bu küçəyə nə taksi, nə də ki, təcili tibbi yardım maşını gəlir.
Sumqayıt Bələdiyyə sədrinin müavini Orxan Adıgözəlzadə açıqlamasında bildirib ki, mövcud vəziyyətdən xəbərdardırlar və problemin həlli üçün işlərə başlanacaq. Qeyd edilib ki, gələn həftə sözügedən küçədə Sumqayıt bələdiyyəsi tərəfindən abadlaşma işlərinə start veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:57 / 27.11.2022
Bu yaşayış massivinin yolları bərbad vəziyyətdədir - VİDEO
Hazırda oxunan: Bu yaşayış massivinin yolları bərbad vəziyyətdədir - VİDEO
Hazırda oxunan: Bu yaşayış massivinin yolları bərbad vəziyyətdədir - VİDEO
106541
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.