"Vətənin müdafiəsində tək oğul söhbəti olmaz": Şəhid Davudun anasına son sözü... - FOTO

Hazırda oxunan: "Vətənin müdafiəsində tək oğul söhbəti olmaz": Şəhid Davudun anasına son sözü... - FOTO

106494

Xaçmazın Qaraqurtlu kəndində Vətən Müharibəsi şəhidi Davud Novruz oğlu Hacıyevin anım mərasimi keçirilib. Doğmaları, ailə üzvləri, keçmiş hərbçi yoldaşları, şəhid ailələri və qazilər Davudu məzarı başında hörmət və ehtiramla anıblar.

Davudun şəhid olması xəbəri yeganə və tək oğlunu 3 yaşından atasız -təkbaşına böyüdən Validə xanımı sarsıtsa da ana ciyərparəsinin Vətən yolunda qurban getməsindən təsəlli tapa bilib.

Davudun anası Validə Hacıyeva Bizim.Media-ya bildirib ki, yeganə övlad itkisi ağırdır, amma torpaqlarımızın erməni əsarətindən qurtulan torpaqlarımızın geriyə alınmasından qürur duyduğunu gizlətmir:

"Davuda həmişə deyirdim, bala, sən getmə müharibəyə, sən getsən biz neynəyərik?.  Sözü də bu olurdu ki, ana, siz tək qalsanız da eybi yoxdur, Vətənin müdafiəsində tək oğul söhbəti ola bilməz. Mən şəhid olacağam, sən də mənimlə qürur duyacaqsan"

Validə Hacıyeva məlumat verdi ki,Davud 22 yaşında şəhid olub.Oktyabrın 10-da Füzuli uğrunda gedən döyüşlərdə  yaralanaraq komaya düşüb,oktyabrın 17-də hospitalda keçinib və noyabrın 26-da doğulduğu Xaçmaz rayonunda son mənzilə yola  salınıb.
Hacıyevlərin igid oğlu Davud ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən 3 döyüş medalı ilə təltif edilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin