Professor elmi adı verilməsi üçün tələblər sərtləşdirilir.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, professor elmi adı almaq üçün iddiaçının yerinə yetirməli olduğu tələblər sırasına aşağıdakılar da əlavə edilir:
- iddiaçı müvafiq ixtisas üzrə xaricdə siyahısı Komissiya tərəfindən müəyyən edilən akademik nəşriyyatlarda həmmüəllifsiz monoqrafiya (xarici dildə, elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə çapa tövsiyə edilməli, fəlsəfə doktoru dissertasiyasını təkrarlamamalı və həcmi dörd yüz min işarədən az olmamalı) nəşr etdirməlidir (bu halda bu Əsasnamədə nəzərdə tutulmuş monoqrafiyanın nəşr etdirilməsi tələb olunmur);
- iddiaçının siyahısı Komissiya tərəfindən müəyyən edilən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində (bazalarında) H-indeksi humanitar və ictimai elmlər üzrə azı beş, dəqiq və təbiət elmləri üzrə azı on olmalıdır (özünə istinadlar istisna olmaqla).
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:24 / 26.11.2022
Professor elmi adı verilməsi üçün tələblər sərtləşdirilir
Hazırda oxunan: Professor elmi adı verilməsi üçün tələblər sərtləşdirilir
Hazırda oxunan: Professor elmi adı verilməsi üçün tələblər sərtləşdirilir
106493
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.