Sumqayıtda marşrut avtobusları təzələri ilə əvəzlənir- VİDEO

Hazırda oxunan: Sumqayıtda marşrut avtobusları təzələri ilə əvəzlənir- VİDEO

106488
Sumqayıtda 7 nömrəli marşrut üzrə işləyən avtobuslar təzələri ilə əvəzlənir. Dünən ilkin olaraq gətirilən, Türkiyə istehsalı olan "Karsan Karatas" markalı 15 ədəd avtobus ictimaiyyətə nümayiş etdirildi. 
Dövlət Avtomobil Nəqliyyatı Sumqayıt regional şöbəsinin sektor müdiri Məzahir Piriyevin Moderator.az -ın əməkdaşına bildirdiyinə görə  təlabata uyğun olaraq, mərhələli şəkildə daha bir neçə avtobus ilin sonuna kimi gətiriləcək. Sektor müdiri yeni  avtobusların bütün göstəricilərinə görə müasir standartlara tam cavab verdiyini qeyd etdi.
    
Bu gün eyni zamanda şəhər əhalisinə mədəni xidmət göstərmək üçün, günün tələblərinə cavab verən 18 ədəd "London taksisi"də Sumqayıt sakinlərinin ixtiyarına verildi. Sözügedən taksilərin sayı da yaxın vaxtlarda 70 ədədə çatdırılacaq. Xatırladaq ki, 7 saylı marşrut üzrə işləyəcək avtobuslar sabahdan xəttə buraxılacaq. 

Namiq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin