Balakən rayon Mədəniyyət Mərkəzində Şuşa ili çərçivəsində "Yaşa, Ucal, Azərbaycan!" adlı ədəbi-bədii konsert proqramı təqdim olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə Şəki-Zaqatala regional Mədəniyyət idarəsinin rəhbərliyi, rayon icra hakimiyyəti və müvafiq qurumların əməkdaşları iştirak edib.
Təqdimatdan öncə çıxışlarda Azərbaycanın etnik tərkib baxımdan dünyanın ən zəngin ölkələrindən biri olduğu qeyd edilib. Təsadüfi deyil ki, ümumilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir.
O da diqqətə çatdırılıb ki, ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələri əl-ələ, çiyin-çiyinə dostcasına, qardaşcasına yaşayır.
Bu mənada Balakəndə yaşayan xalqların nümayəndələri öz dil və folklor nümunələrini qorumaqla yanaşı həm də onları inkişaf etdirir.
Həmçinin Azərbaycanın bir parçası olaraq ölkədə və xaricdə keçirilən müsabiqə, festivallarda ölkəmizi layiqincə təmsil edirlər.
44 günlük Vətən müharibəsi zamanı bütün xalqlar kimi bu rayonda yaşayan milli azlıqlar da birlik və bərabərlik nümayiş etdirərək dünyaya bir daha bərabər olduğumuzu, ətlə-dırnaq kimi birləşdiyimizi sübut etdi.
Təqdim olunan ədəbi-bədii konsetr proqramının vətənpərvərlik kompozisiyalarında da bu milli birlik və bərabərliyimiz öz əksini tapıb.
Tural Rasim oğlu, Bizim.Media Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:40 / 26.11.2022
Balakəndəki folklor qrupların maraqlı TƏQDİMATI - FOTO
Hazırda oxunan: Balakəndəki folklor qrupların maraqlı TƏQDİMATI - FOTO
Hazırda oxunan: Balakəndəki folklor qrupların maraqlı TƏQDİMATI - FOTO
106426
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.