Noyabrın 21-i, saat 15-də yazıçı Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə”x9d kitabının imza günü keçiriləcək.
Kulisin məlumatına görə imza günü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olacaq.
Tədbir 17-dək davam edəcək. Xatırladaq ki, “Ol”x9d nəşriyyatında işıq üzü görən kitaba müəllifin "Bu gün səbr elə" romanı daxildir. Roman rayondan Bakıya dolanışıq dalınca gəlib kirayədə yaşayan və kredit içində boğulan bir ailənin düşdüyü tragikomik vəziyyəti anladır. “Bu gün səbr elə”x9d müəllifin sayca üçüncü kitabıdır.




































































































