BƏNZƏR ZEHNİYYƏT...

Hazırda oxunan: BƏNZƏR ZEHNİYYƏT...

106345

Moderator.az Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın statusunu təqdim edir:

"Pisin adı pisdir! Terror baş verib və bunu müsəlman qisasçılığı zəminində törədildiyi iddia olunur. Müsəlman qisasçılığının bu forması İslam dininin mahiyyətində yoxdur. Orada ölən hansısa insanın sənə qarşı konkret hansısa əməli yoxdursa, onları öldürdüyünə görə günah daşıyıcısan. Qisas aktı cinayət əməli sübut olunmuş subyektə qarşı ola bilir. Adam öldürmə müharibə şərtlərində sizinlə savaşanlarla savaşdığınız təqdirdə məqbul sayılır. Müharibə şərtlərində də yenə əsirin haqqı var, yaralının haqqı var və nəzarət edə biləcəyin həddə qədər insanlıq borcunu yerinə yetirməlisən. Yaxın Şərqdə, dünyada müsəlmanların öldürülməsi qərarını verənlər o əyləncədə və ya gündəlik həyatda adi yaşamını sürdürən insanlar deyil ki... Qərar verənlərə əliniz çatmır, günahsiz insanları öldürürsünüz, ardından da bunu Allah yolunda etdiyinizi söyləyirsiniz. Həmin Allah younda qətliamları İrandan, Əfqanıstanda, Pakistandan tutmuş bütün ərəb ölkələrinə qədər müsəlman sayılan kimliklər elə bir-birinə qarşı da törədirlər. Bu müsəlmanlıq sayılsaydı, bircə nümunəsini belə İslam Peyğəmbərinin şərəfli həyatından tapıb ortaya qoyardınız. Bunun əvəzinə Əlcəzairdə, Suriyada, Fələstində müsəlmanlara qarşı törədilən qətliamların şəklini paylaşaraq "əcəb edib cavabını vermişik" söyləmək istəyən zehniyyətin də terrorçu rüşeymlərini İslam təəssübkeşliyi altında necə yaşatdıqlarını görməmək mümkün deyil. Eyni zehniyyəti "bir tərəfdə həqiqi müsəlman olan hüseynçilər var, digər tərəfdə yalançı müsəlman yezidçilər" var deyən azəbaycandakı İslam kimliyinin obrazı kimi görüntülənən axmaq sürüsündə də müşahidə edirsən. İmkanı düşəndə müsəlmanı öldürməyə əlləri qalxır, ancaq müsəlman qardaşlarını qətlə yetirmiş ermənilər dar ayaqda qalanda onların gündəyməzindən dodaqlarını çəkməyənlərin əllərini öpürlər.
Bütün bunlar müsəlmanlıq adına edilənlər... İndi də modernlik adına edilənlərə baxın. Fransa bayrağına bürünərək şəkil çəkdirmək də bu saxta qisasçı müsəlmanlarla eyni zehniyyətdən doğmurmu? Fransa terrorizmi dəstəkləyən bir ölkədir, konkret olaraq erməni terrorizmini dəstəkləyir, ermənilərə qarşı guya türklərin yalançı soyqırımı iddiasını ən çox pompalayan ölkədir, Minsk qrupunun həmsədri kimi, terrorçu dövlətə dəstək verir, utanmırsınızmı onun bayrağını manşet etməkdən? Terrorun qurbanı olan bir fransızın şəklini paylaşın, onu günahsiz yerə öldürən cahil müsəlmanı qınayın, ancaq Ermənistana dəstək verən Fransanın bayrağını manşet edərək paylaşan bir cahil azərbaycanlının Ermənistana dəstək verən İranın bayrağını, liderlərinin şəklini paylaşan başqa bir cahil azərbaycanlıdan fərqi varmı?
Bütün bunları yazarkən gözümə sosial şəbəkələrdə bir müzakirə sataşdı: "Eldar Mahmudov vəzifədə olanda naxçıvanlı idi, çıxandan sonra qazaxlı oldu." Təbii ki, ironiya ilə aparılan müzakirələrdir və bəlkə də ciddiyə almamaq da olardı. Çünki, pis əməl sahibi olan hər kəsin doğulduğu beşik deyil, yaşadığı, işlədiyi mühit, nəfəs aldığı çevrə zəhərli olur. Ancaq ürək acısıyla müşahidə etdiyimiz bir gerçək var ki, bu cəmiyyətin insanlarının böyük çoxluğu əsrlər ötsə də hələ də sünnilikdə, şiəlikdə qurdalanır, müsəlman kimliyinə ucala bilmir. Bu cəmiyyətin insanlarının böyük çoxluğu illər keçsə də hələ də qazaxlı, naxçıvanlı, qarabağlı kimliyində qurdalanır, azərbaycanlı kimliyinə ucala bilmir. Zehniyyət eyni olanda Fransada da, Azərbaycanda da, İranda da, Türkiyədə də, Rusiyada da eyni cür düşünürük.
Ötən həftə İran televiziyalarının birində azərbaycanlıları təhqir etmişdilər ki, bəs dişlərini yumadıqlarına görə ağızları pis qoxur. Haqlı olaraq Güneydə insanlar bu tərbiyəsizliyə öz etirazlarını bildirdilər. Ancaq bir şeyi etiraf etməliyik ki, əslində dünyada tez-tez gündəmə gətirilən müsəlman qorxusu deyilən bir şey yoxdur, sadəcə müsəlman sayılanların pis bir zehniyyət qoxusu var və bu də ağızdan gəlmir, ağıldan gəlir. 
Ağıldan gələn iyi götürmək üçün Quranı bir də, adam kimi oxuyub anlamaq kifayət edər."


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin