Ən qatı futbol azarkeşləri hansı bürclərin nümayəndələridir? – FANATİK DÖRDLÜK

Hazırda oxunan: Ən qatı futbol azarkeşləri hansı bürclərin nümayəndələridir? – FANATİK DÖRDLÜK

106328

Dünyada ən çox baxılan, fanat kütləsinə sahib idman növü heç şübhəsiz futboldur. Təsadüfi deyil ki, on minlərlə azarkeşlərin stadionlardan, milyonların ekran qarşısından izlədiyi futbol oyunlarına maraq da olduqca böyükdür.

Bəzi insanlar üçün futbol həyatın bir parçasıdır. Onlar üçün azarkeşlik etdikləri komandanın qələbəsi ən böyük sevinc mənbəyi, məğlubiyyəti isə faciədir.

Bizim.Media hansı bürclərin nümayəndələrinin qatı futbol fanatları olduğunu araşdırıb.

Qoç

Xaraktercə emosional insanlar olan qoçların futbola marağı böyükdür. Onlar fanatı olduqları komandanın oyunlarını heç zaman qaçırmırlar. Qoçlar azarkeşlik etikləri klubun o qədər də vacib olmayan oyunlarını belə böyük həyəcanla izləyirlər. Qələbəni o qədər də böyük sevinclə qeyd etməsələr də, qoçlar üçün məğlubiyyət faciədir. 

Xərçəng

Xərçənglər sevgidə olduğu kimi, futbolda da bağlılıqları ilə seçilirlər. Onlar uşaqlıqdan sevdikləri komandaya ömürlərinin sonuna qədər azarkeşlik edirlər. Heç bir uğursuzluq onların sevimli klublarına olan sevgisini azalda bilməz. Xərçənglər sevimli komandaları üçün əllərindən gələn dəstəyi əsirgəmirlər.

Əqrəb

Prinsipial əqrəblər üçün fanatı olduqları komandanın bütün oyunları “ölüm-qalım” savaşıdır. Stadionda ən çox bağıran, dəlicəsinə fanatlıq edən azarkeş görsəniz, o böyük ehtimalla əqrəbdir. Əqrəblər məğlubiyyəti əsla qəbul etmirlər. Hətta komandasının məğlubiyyəti ilə bağlı onunla zarafat etsəniz, sizə qarşı ağır cavablar verə bilər.

Dolça

Dolçalar hər nə qədər soyuqqanlı görünsələr də, onlar da əsl futbol sevdalılarıdır. Azarkeşlik etdikləri komandanı sona qədər dəstəkləyirlər. Onlar üçün komandalarının hansı nəticəni qazanması o qədər də önəmli deyil. Çünki onlar sevimli klublarını izləməkdən zövq alırlar. Komandaları məğlub olarsa dolçalar o qədər də radikal reaksiyalar verməzlər. Amma qələbə onlar üçün əvəzolunmaz sevinc mənbəyidir.

Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin