Ötən gün sosial mediada Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı məlumat tirajlanıb.
Məlumatda qeyd olunur ki, AMEA-nın İşlər İdarəsi "Qardaşlar Mebel” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və "Palma Group” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Dəyəri 20 min 500 manat təşkil edən müqavilədə AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin tabeliyində olan şöbə və bölmələr üçün mebel və inventarların satın alınması nəzərdə tutulur.
"Palma Group” MMC ilə imzalanan müqavilə isə AMEA Rəyasət Heyəti Aparatı İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələrinin cari təmirinin satın alınması ilə bağlıdır. Müqavilənin maliyyə dəyəri 20 284 AZN təşkil edir.
Yazıda o da qeyd edilir ki, AMEA-nın yeni rəhbəri İsa Həbibbəyli “göründüyü kimi işə mebellərin yeniləməklə başlayıb”.
Məsələyə aydınlıq gətirmək üçün AMEA-nın İşlər İdarəsi ilə əlaqə saxladıq. İşlər İdarəsinin müdiri Elton Məmmədov Bizim.Media-ya açıqlamasında satınalmanın qanun çərçivəsində həyata keçirildiyini söylədi:
“Bu bir dəfəyə yox, il boyu Akademiyanın ehtiyacalrı üçün həyata keçirilən bir satınalmadır. Və alınacaq mebellərdən prezidentin otağına heç bir dənə çöp də verilmiyəcək. Bu bütün ehtiyaclar üçün nəzərdə tutulub. 5 mərtəbəli binadı də, ildə 5-10 min manatlıq nəsə alınır. Amma, yenə deyirəm ki, alınan mebellərin Akademiyanın prezidentinin otağına heç bir aidiyyatı yoxdur”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:40 / 25.11.2022
AMEA-nın İşlər İdarəsinin müdiri: “İsa Həbibbəyliyə bir çöp də verilməyəcək”
Hazırda oxunan: AMEA-nın İşlər İdarəsinin müdiri: “İsa Həbibbəyliyə bir çöp də verilməyəcək”
Hazırda oxunan: AMEA-nın İşlər İdarəsinin müdiri: “İsa Həbibbəyliyə bir çöp də verilməyəcək”
106300
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.