“Pensiya yaşına çatmamış ölənlərin vəsaitləri ailə üzvlərinə verilmir” – Deputatdan SƏRT TƏNQİD 

Hazırda oxunan: “Pensiya yaşına çatmamış ölənlərin vəsaitləri ailə üzvlərinə verilmir” – Deputatdan SƏRT TƏNQİD 

106262

“Bir çox hallarda pensiya yaşının azaldılması ilə bağlı danışarkən, bunu populizm kimi qiymətləndirirlər. Lakin biz insanların vəziyyətini nəzərə alaraq bunu deyirik”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa səsləndirib. 

“Reallıq budur ki, pensiya yaşına çatmamış vəfat edən şəxslərin fondda toplanmış vəsaitləri ailə üzvlərinə verilmir. Bun nə dərəcədə ədalətlidir? Bu məsələni həll etməliyik. Eyni zamanda, nəzərə almalıyıq ki, həmin şəxslərdən bir hissəsi bizim səhiyyəmizdəki problemlər ucbatından dünyasını dəyişir”, - deyə deputat əlavə edib. 

Fazil Mustafa bir sıra digər problemlərə də diqqət çəkib: 

“İnsanlar var ki, aylıq 80-100 manat dərmana, müalicəyə xərcləyir. Sosial müavinətlərin məbləğinə baxsaq, görərik ki, bu vəsait onların xərclərini qarşılamaq üçün yetərli deyil. Digər tərəfdən, son zamanlar onkoloji xəstəliklərdən əziyyət çəkənlərin sayı da artıb. Kimin ki Türkiyəyə, Avropaya getməyə imkanı olmur, müalicədən məhrum qalır. 
Bundan əlavə, işsiz insanlar bizə müraciət edirlər. Biz də onları Dövlət Məşğulluq Agentliyinə yönlədiririk. Onlar da başlarından edilər. Sonrada da deyirlər insanlar işləmək istəmir. Lakin iş yeri açsaq, hamı gedib işləyər”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin