Qadınlar mühafizə ordeni üçün müraciət etsə, cinayətlər AZALAR- DİN  

Hazırda oxunan: Qadınlar mühafizə ordeni üçün müraciət etsə, cinayətlər AZALAR- DİN  

106240

"Bu gün zorakılığa məruz qalan qadınlar mühafizə orderləri almaq üçün müraciət etmir, problemlərini gizlədirlər. Bu vacib məqamdır".  

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə bu səbəbdən sonradan baş vermiş cinayətlərin qarşısını almaq olmur: 

"Əgər qadınlar zorakılığı gizli saxlamasa, onu açıqlamaqdan çəkinməsə, müraciət etsə, vaxtında tədbirlər görülər. Mühafizə orderi üçün müraciət edən hər bir qadın onunla təmin olunur. Mühafizə orderinin gecikdirilməsi məsələsinə gəlincə, bununla bağlı icra hakimiyyətləri tərəfindən nəzarət olmalıdır. Polis tərəfindən yalnız istintaqda olan şəxslərə mühafizə orderləri verilir". 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin