Hicaba görə nazir müavinliyindən çıxarıldığı iddiasına Məhəbbət Vəliyevadan CAVAB

Hazırda oxunan: Hicaba görə nazir müavinliyindən çıxarıldığı iddiasına Məhəbbət Vəliyevadan CAVAB

10623

Təhsil nazirinin müavini vəzifəsindən azad edilmiş Məhəbbət Vəliyeva barəsində maraqlı iddialar səslənir. Təhsil Nazirliyi nazir müavininin səhhətində problem olduğunu və öz ərizəsi ilə işdən getdiyini açıqlasa da, sosial şəbəkələrdə Məhəbbət Vəliyevanın hicab taxdığına görə işdən kənarlaşdığı qeyd olunur. 

Bizim.Media qeyd olunan iddiaları Məhəbbət Vəliyevanın özü ilə dəqiqləşdirməyə çalışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Məhəbbət Vəliyeva vəzifəsindən azad edildi


Sabiq nazir müavini səsləndirilən iddiaların əsassız olduğunu deyib.

“Tamamilə yanlış məlumatdır. Təhsil Nazirliyinin rəsmi açıqlamasına əsaslanmağınızı xahiş edirəm”,- deyə xanım əlavə edib. 

Qeyd edək ki, Təhsil Nazirliyi M.Vəliyevanın 2020-ci ilin dekabrın 25-də öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edildiyini açıqlayıb. 

Məlumat üçün bildirək ki, M.Vəliyeva 2018-ci ilin iyununda təhsil nazirinin müavini təyin edilib.

28 dekabr 2015-ci il tarixdən həmin təyinatadək isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin