Balakən rayonunda torpaqların vətəndaşlar tərəfindən təyinatına uyğun istifadə olunması, torpaq zəbtlərinin qarşısının alınması, ərazilərdə aparılan qanunsuz tikililərə qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi, məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülən işlər müzakirə edilib.
Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon ərazisində qanunsuz tikinti işlərinin aparılmasına qarşı mübarizə üzrə komissiyadan məlumat verilib.
Bildirilib ki, inzibati ərazi dairəsi üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib.
Vurğulanıb ki, bu vacib məsələ daimi nəzarətdə saxlanılmalı, qanunsuz tikililərə qarşı mübarizə tədbirləri daha da gücləndirilməlidir. Rayonun bütün ərazilərində aşkar ediləcək qanunsuz tikililərə görə aidiyyəti şəxslərin məsuliyyət daşıdığı diqqətə çatdırılıb və qanunsuzluğa yol verənlərin ciddi cəzalandırılacağı qeyd olunub.
Rayon ərazisində qanunsuz tikinti işlərinin aparılmasına qarşı mübarizə üzrə komissiyanın sədri Turan Dibirov bu sahədə görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması və qarşıda duran vəzifələr barədə məlumat verib, məsələ ilə bağlı iştirkçıların suallarını cavablandırıb.
Müzakirələrdə Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılmasının vacibliyini iştirakçıların diqqətinə çatdırıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:13 / 25.11.2022
Balakəndə qanunsuz tikililərin qarşısını almayanlara xəbərdarlıq edildi - FOTO
Hazırda oxunan: Balakəndə qanunsuz tikililərin qarşısını almayanlara xəbərdarlıq edildi - FOTO
Hazırda oxunan: Balakəndə qanunsuz tikililərin qarşısını almayanlara xəbərdarlıq edildi - FOTO
106228
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.