“Hökumət hər dəfə büdcəni hazırlayarkən nəzərə almalıdır ki, buna vətəndaşın baxışı necədir?"
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa səsləndirib.
“Vətəndaş düşünür ki, büdcə vəsaiti nə qədəri ayrı-ayrı “qara ciblərdən” süzülüb gələcək və bunun nə qədəri mənim hesabıma ödəniləcək.
Bizim üçün Qarabağdan və müdafiə məsələlərindən daha önəmli heç nə yoxdur. Lakin biz hər dəfə hüquq-mühafizə orqanlarının açıqlamalarını ürək ağrısı ilə dinləyirik ki, Müdafiə Nazirliyində neçə milyon korrupsiya işi aşkarlanıb. Bunun günahkarı bir az da bizik. Çünki bu günə qədər bu cür strateji nazirliyə parlament nəzarəti mexanizmini tətbiq edə bilməmişik”, - deyə millət vəkili əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:45 / 25.11.2022
“Müdafiə Nazirliyindəki mənimsəmələrdə günahımız var” – Deputat
Hazırda oxunan: “Müdafiə Nazirliyindəki mənimsəmələrdə günahımız var” – Deputat
Hazırda oxunan: “Müdafiə Nazirliyindəki mənimsəmələrdə günahımız var” – Deputat
106220
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.