AMEA-nın elmi müəssisə və təşkilatlarında işləyən işçilərin attestasiyasının keçirilməsinə metodiki köməkliyin göstərilməsi üçün AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin təşkilatçılığı ilə onlayn seminar-məşğələ keçirilib.
AMEA-dan Bizim.Media-ya verilən məlumata görə, tədbirdə Akademiyanın elmi müəssisə və təşkilatların direktorları, eləcə də kadrlar şöbələrinin müdirləri iştirak ediblər.
MÖVZU İLƏ BAĞLI:
Ramiz Mehdiyev nədən narazıdır?
AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev AMEA-nın elmi müəssisə və təşkilatlarının fəaliyyət planlarının, o cümlədən stukturlarının yeniləndiyini, nəticədə işçilərin attestasiyasının keçirilməsinə ehtiyac yarandığını söyləyib:
"AMEA Rəyasət Heyətinin 28 yanvar tarixli qərarı ilə AMEA-nın elmi müəssisə və təşkilatlarında işləyən işçilərin attestasiyasının keçirilməsi qərara alınıb. Attestasiya zamanı insan resurslarına və onların qarşısına qoyulan vəzifələrə yenidən baxılmalı, potensialları aşkarlanmalı, qabiliyyətləri ön plana çəkilməlidir".
Bizim.Media