Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Peşə Təhsili Müəssisələrinin bir qrup müəllim və təlim ustaları Türkiyənin müxtəlif şəhərlərində təcrübə mübadiləsi proqramında iştirak edir.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Elm və Təhsil nazirliyi ilə Türkiyənin təhsil nazirliyi arasında əldə olunmuş razılığa əsasən peşə təhsili sahəsində birgə fəaliyyət proqramı hazırlanıb.
İlkin olaraq, təcrübə mübadiləsi, müəllim və tələbələrin istehsalat təcrübəsi keçməsi barədə razılıq əldə olunub.
Bildirilib ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Xəyal Mahmudov və Cavidan Cabbarlı aşpazlıq, turizm və otelçilik istiqamətində Antalya şəhərində peşə təhsili müəssisələri və müxtəlif otellərdə təcrübə keçməyə başlayıb.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin müxtəlif bölgələrini təmsil edən altı peşə təhsili müəssisəsinin rəhbər heyəti Qəbələdə olub və mərkəzin fəaliyyəti ilə maraqlanıb. Həmçinin gələcəkdə türkiyəli mütəxəssilərin Qəbələyə gələrək tələbələrə müxəlif istiqamətlər üzrə təlim və tədris verəcəyi də nəzərdə tutulur.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:52 / 25.11.2022
Qəbələli müəllimlər Türkiyədə təcrübə proqramına BAŞLAYIB - FOTO
Hazırda oxunan: Qəbələli müəllimlər Türkiyədə təcrübə proqramına BAŞLAYIB - FOTO
Hazırda oxunan: Qəbələli müəllimlər Türkiyədə təcrübə proqramına BAŞLAYIB - FOTO
106202
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.