Azərbaycan yenidən Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasına ÜZV SEÇİLDİ 

Hazırda oxunan: Azərbaycan yenidən Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasına ÜZV SEÇİLDİ 

106128

Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasına yenidən üzv seçilib. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 55-ci və Baş Assambleyanın 25-ci sessiyaları keçirilib.

Sessiyalarda Azərbaycan FHN-nin Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli təmsil edib. 

Sessiyada BMMT-nin İcraiyyə Şurasına üzvlük məsələsi üzrə fikir mübadiləsi aparılıb, Şuranın yeni tərkibi müəyyən olunub. Azərbaycan 2022-2026-cı illər üzrə BMMT-nin İcraiyyə Şurasına yenidən üzv seçilib. Bundan başqa, sessiyada Baş Assambleyasının Prezidenti və vitse-prezidenti vəzifələrinə də seçkilər keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin