Görkəmli rejissor kino və teatrın problemlərindən danışdı - FOTOLAR

Hazırda oxunan: Görkəmli rejissor kino və teatrın problemlərindən danışdı - FOTOLAR

106111
"Aydınlıga dogru" mədəni və mənəvi dəyələrin qorunması İctimai Birliyində müasir Azərbaycan mədəniyyətinin tanınmış simalarından biri,  görkəmli sənət xadimi, çoxlu sayda populyar televiziya tamaşalarının, kino filmlərin və teatr tamaşalarının rejissoru, xalq artisti Ramiz Həsənoğlu ilə görüş olub. Görüşü birliyin rəhbəri, publsist Solmaz Əmirova açaraq böyük rejissorun çoxşaxəli yaradıcılığından, bu gün də onun  tükənməz enerji və şövqlə  audiovizual sənətimizə xidmət etməsindən danışıb. 

 Belə görüşlərin əhəmiyyətini vurğulayan R.Həsənoğlu müasir insanın mənəvi tələbatının ödənilməsində televiziyanın, eləcə də teatrın və kinonun rolu haqqında məlumat verib, bu sahədə mövcud olan problemlərdən danışıb.  O, cəmiyyətin maariflənməsində, insanların estetik zövqünün formalaşmasında və  mənəvi dəyərlərin qorunmasında sənət adamlarının böyük məsuliyyət daşıdığını deyib. Böyük rejissor cəmiyyətin mənəvi simasının müəyyənləşməsində ziyalıların missiyasından da bəhs edib. 
  
Böyük maraq doğuran görüşün sonunda R.Həsənoğlu toplaşanların suallarını cavablandırıb, cəmiyyətin bəzi sahələrində gedən mənəvi deqradasiya problemlərinə, o cümlədən ekranlarda, mətbuat səhifələrində və sosial şəbəkələrdə özünü göstərən əxlaqi naqisliklərə öz münasibətini bildirib.
Görkəmli rejissor kino və teatrın problemlərindən danışdı <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/9675.jpg">Görkəmli rejissor kino və teatrın problemlərindən danışdı <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/9676.jpg">Görkəmli rejissor kino və teatrın problemlərindən danışdı <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/9677.jpg">Görkəmli rejissor kino və teatrın problemlərindən danışdı <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/9678.jpg">Görkəmli rejissor kino və teatrın problemlərindən danışdı <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/9679.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin