Bu gün saat 12 radələrində Ucar Rayon Polis Şöbəsinə rayonunun Təzə Şilyan kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, daxil olan məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar.
Bu zaman yanğının baş verdiyi evdə bir nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması müəyyən edilib və hadisə yerinə gələn post-patrul xidməti bölüyünün əməkdaşı, polis serjantı Səfər Səfərli həmin şəxsi xilas etmək üçün yanğın baş verən evə daxil olub.
Polis əməkdaşının operativ müdaxiləsi nəticəsində vətəndaşın həyatı xilas edilib və o, xidməti avtomobillə Ucar rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Evdə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının səyi nəticəsində söndürülüb və yaxınlıqda olan digər tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırmalar aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:44 / 24.11.2022
Polis yanğın olan evdə köməksiz qalan şəxsi XİLAS ETDİ
Hazırda oxunan: Polis yanğın olan evdə köməksiz qalan şəxsi XİLAS ETDİ
Hazırda oxunan: Polis yanğın olan evdə köməksiz qalan şəxsi XİLAS ETDİ
106095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.