Şəmkirin sabiq icra başçısının MƏHKƏMƏSİ BAŞLAYIB

Hazırda oxunan: Şəmkirin sabiq icra başçısının MƏHKƏMƏSİ BAŞLAYIB

106093

Bundan başqa, Alimpaşa Məmmədov Şəmkır-Gədəbəy avtomobil yolunun kənarında yerləşən 100 kvadratmetr  ərazidə sahibkarlıq fəaliyyəti məqsədilə qeyri-yaşayış binasının tikintisinə icazə verilməsinə görə Tural  Muradovdan 2019-cu ilin aprelində 13.000 manat, Təzəkənd kəndi Füzuli qəsəbəsində 03418 hektar torpaq sahəsində sahibkarlıq fəaliyyəti məqsədilə yüngül konstruksiyadan ibarət talvar qurğusunun quraşdırılmasına icazə verilməsinə görə, Arifə Vəliyevadan 3.000 manat alıb.

O, Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, 115 ünvanında 0.15 hektar torpaq sahəsinin ayrılmasına icazə verilməsinə görə, Vahid Rüstəmovdan 2019-cu ilin iyun ayında 125.000 manat alıb.
Daha sonra Şəmkir şəhəri Zaur Sarıyev küçəsində yerləşən 220 kvadratmetr torpaq sahəsinin ayrılması və sahibkarlıq fəaliyyəti məqsədilə qeyri-yaşayış binasının tikintisinə icazə verilməsinə görə, Qənirə Qədimovadan 2019-cu ilin sentyabrında 5.000 manat alıb.

Bundan əlavə, Alimpaşa Məmmədov Aşağı Seyfəlli kəndində yerləşən 2,524 hektar torpaq sahəsinin 1 hektarlıq hissəsində sahibkarlıq məqsədilə yüngül konstruksiyadan ibarət talvar və köməkçi qurğuların quraşdırılmasına icazə verilməsinə görə, Rafiq Mehtixanlıdan 2020-cı ilin martında 10.000 manat alıb.

Bundan başqa, Alimpaşa Məmmədov Şəmkir şəhəri ərazisində yerləşən 500 kvadratmetr torpaq sahəsində kənd təsərrüfatı məqsədilə yüngül konstruksiyadan ibarət talvar quraşdırılmasına icazə verilməsinə görə, Qəməndər Babakişiyevdən 5.000 manat alıb.

Bundan əlavə, Alimpaşa Məmmədov Şəmkir rayonunda torpaq sahəsinin ayrılması və ayrılmış torpaq sahəsində sahibkarlıq məqsədilə tikinti işlərinin aparılmasına icazə verilməsinə görə, İntizam Yusifovdan 2020-ci ilin noyabrında 25.000 manat alıb.
Prokuror ittihamları açıqladıqdan sonra Alimpaşa Məmmədova söz verilib O, ittiham üzrə özünü təqsirli bilməyib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin