Şəmkirdə piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Hazırda oxunan: Şəmkirdə piyadanı öldürüb qaçan sürücü saxlanıldı

106013

Şəmkir rayon Polis Şöbəsinə rayonun Yeni Həyat kənd yolunda naməlum kişi meyitinin olması barədə məlumat daxil olub. Məlumatla bağlı Şəmkir rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gələrək araşdırmalar aparıb.

Nəticədə ölmüş şəxsin rayon sakini, 1983-cü il təvəllüdlü Yalçın Məmmədov olması və avtomobil vurması nəticəsində ölməsi məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, Şəmkir RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınan şəxsin kimliyi müəyyən edilib.

Araşdırmalar zamanı hadisəni Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Vicay İbrahimovun “VAZ-2106” markalı avtomobil ilə törətdiyi dəqiqləşdirilib və o saxlanılıb.

Hazırda həmin şəxs barəsində Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin