23 elmi işdə PLAGİAT AŞKARLANIB 

Hazırda oxunan: 23 elmi işdə PLAGİAT AŞKARLANIB 

106006

“XXV respublika elmi konfransına göndərilən elmi işlərdən 240-na imtina cavabı verilib”.

Bizim.Media xəbər verir ki, bunu Təhsil İnsitututunun direktoru Rüfət Əzizov bildirib. 

Onun sözlərinə görə, konfransa göndərilən elmi işlər arasında çox maraqlı və əhəmiyyətliləri olsa da, texniki və elmi komitənin yoxlamasından keçməyənlər çoxluq təşkil edib:

“Konfransa ümumilikdə 453 müraciət olub. 213 nəfərin işi qəbul olunsa da, 240 nəfərə imtina cavabı verilib. 155 nəfərin işində texniki uyğunsuzluq, 23 nəfərdə isə plagiat olduğu müəyyən edilib. Müraciətlərdən 62-nə isə elmi komitənin baxışından sonra imtina cavabı verilib”. 

R.Əzizov qeyd edib ki, xüsusilə plagiatlığın olması yol verilməzdir.

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin