xa0
Axar.az xəbər verir ki, “Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət proqramı”x9dna əsasən, ilk belə tibbi müayinə Gəncə məktəblərində başlayıb.
xa0
Şəhər 4 nömrəli poliklinikasının terapevt, allerqoloq, stomotoloq, oftolmoloq, nevropotoloq və digər ixtisaslı həkimləri tərtib edilmiş cədvəl üzrə məktəblərə gedir, şagirdləri tibbi müayinədən keçirirlər. İlk belə müayinə xa0şəhər 4 nömrəli orta məktəbdə aparılıb.
xa0
Məktəbin 274 şagirdi tibbi müayinəyə cəlb olunub. Tibbi müayinələr zamanı uşaqlarda heç bir ciddi xəstəlik aşkar edilməyib.
xa0
Müayinələr zamanı məktəbin bir neçə şagirdində anemiya (qan azlığı), onurğa sütununun əyilməsi və müxtəlif göz xəstəlikləri aşkar edilib. Həkim komandası müayinələrin cavabları ilə şagirdlərin valideynlərini də məlumatlandırıb.
xa0
Proqramın davamı olaraq növbəli şəkildə digər məktəblərin şagirdləri də tibbi müayinədən keçiriləcək.xa0






























































































